Ronaldinyo futbolçu karyerasını bərpa edir

Ronaldinyo futbolçu karyerasını bərpa edir 36 yaşlı hücumçuya ayda 88 min avro maaş, eləcə də dəbdəbəli malikanə və cangüdən təklif olunub
Futbol
25 Yanvar , 2017 15:05
Ronaldinyo futbolçu karyerasını bərpa edir

Bakı. 25 yanvar. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun və Braziliya milli komandasının sabiq futbolçusu Ronaldinyo karyerasını bərpa etməyə yaxındır. 

"Report"un ESPN-ə istinadən verdiyi məlumata görə, 36 yaşlı hücumçu Braziliya "Kuritiba"sı ilə anlaşma əldə edib. Ona ayda 88 min avro maaş, eləcə də dəbdəbəli malikanə və cangüdən təklif olunub. "Sambaçı" sonuncu klubu "Flüminense"ni 2015-ci ilin sentyabrında tərk edib. Ötən mövsüm Braziliya çempionatında 15-ci yeri tutmuş "Kuritiba"nın idman direktoru Braziliya millisinin sabiq müdafiəçisi Juliano Bellettidir. O, Ronaldinyo ilə "Barselona"da birgə çıxış edib. 

Qeyd edək ki, Ronaldinyo 2016-cı il oktyabrın 20-də "Qəbələ" klubunun dəvəti ilə Bakıda səfərdə olub. Həmin gün keçirilmiş mətbuat konfransında Azərbaycan paytaxtında Ronaldinyo Futbol Akademiyasının açılacağı bildirilib. 

Son xəbərlər

Orphus sistemi