Ronaldinyo ev dustaqlığından azad edildi

Ronaldinyo ev dustaqlığından azad edildi Braziliya futbol yığmasının keçmiş yarımmüdafiəçisi Ronaldinyo vəqardaşı Roberto de Assis Moreyra Paraqvay məhkəməsinin qərarı ilə sərbəst buraxılıb.
Futbol
24 avqust 2020 23:33
Ronaldinyo ev dustaqlığından azad edildi
Роналдиньо и Роберто де Ассис
0 : 00
0 : 00

Braziliya futbol yığmasının keçmiş yarımmüdafiəçisi Ronaldinyo və qardaşı Roberto de Assis Moreyra Paraqvay məhkəməsinin qərarı ilə sərbəst buraxılıb. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə France-Press agentliyi məlumat yayıb. 

Məhkəmə qərarına əsasən, Ronaldinyo 90 min dollar, qardaşı Roberto de Assis Moreyra isə 110 min dollar cərimə ödəməlidir.

Eyni zamanda eks dünya çempionu 1 il ərzində və onun qardaşı isə 2 il ərzində hər 3 aydan bir məhkəməyə gəlməlidir.

Futbolçunun harasa getməsində heç bir problem olmayacaq, lakin o, bu barədə məhkəməyə məlumat verməlidir.

Son xəbərlər

Orphus sistemi