Ronald Kumanın "Barselona"dakı köməkçiləri açıqlandı

Ronald Kumanın "Barselona"dakı köməkçiləri açıqlandı İspaniyanın "Barselona" klubunun baş məşqçisi Ronald Kumanın köməkçiləri müəyyənləşib.
Futbol
469
21 Avqust , 2020 13:35
Ronald Kumanın Barselonadakı köməkçiləri açıqlandı
Ronald Kuman

İspaniyanın "Barselona" klubunun yeni baş məşqçisi Ronald Kumanın köməkçiləri müəyyənləşib. 

"Report" Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, isveçli Henrik Larsson və niderlandlı Alfred Sxröder 67 yaşlı mütəxəssisin köməkçiləri təyin edilib. 

Qeyd edək ki, Henrik Larsson 2004 - 2006-cı illərdə "Barselona"nın formasını geyinib. O, Kataloniya klubu ilə Çempionlar Liqasının və iki dəfə İspaniya çempionatının qalibi olub. 

"Barselona" Ronald Kumanla iki illik müqavilə imzalayıb. 

Son xəbərlər

Orphus sistemi