Niderland millisinin baş məşqçisi xəstəxanaya yerləşdirildi

Niderland millisinin baş məşqçisi xəstəxanaya yerləşdirildi Futbol üzrə Niderland millisinin baş məşqçisi Ronald Kumanın ürəyində problem aşkarlanıb.
Futbol
308
3 May , 2020 22:03
Niderland millisinin baş məşqçisi xəstəxanaya yerləşdirildi
Ronald Kuman

Futbol üzrə Niderland millisinin baş məşqçisi Ronald Kumanın ürəyində problem aşkarlanıb.

"Report"un "De Telegraaf" nəşrinə istinadən məlumatına görə, 57 yaşlı mütəxəssis bu səbəbdən təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Bildirilib ki, ona ürək kateterizasiyası edilib. Həkimlərin vaxtında və sürətli müdaxiləsi sayəsində R.Kumanın hazırkı vəziyyətinin sabit olduğu vurğulanıb.

Qeyd edək ki, Ronald Kuman 2018-ci ildən Niderland yığmasına başçılıq edir.

Son xəbərlər

Orphus sistemi