Ronald Kuman "Real Madrid"lə oyunda Messiyə ümid edir

Ronald Kuman "Real Madrid"lə oyunda Messiyə ümid edir "Bizə ən yaxşı Messi və ən yaxşı "Barselona" lazımdır"
Futbol
10 Aprel , 2021 11:26
Ronald Kuman Real Madridlə oyunda Messiyə ümid edir
Ronald Kuman və Lionel Messi

"Son zamanlarda özümüzə inam artdığı üçün yaxşı nəticələr əldə etdik. "Real Madrid"lə oyun bizim üçün çox vacibdir".

"Report"un məlumatına görə, bu fikirləri "Barselona"nın baş məşqçisi Ronald Kuman La Liqanın XXX turunda "Real Madrid"ə qarşı keçirəcəkləri matçdan əvvəl mətbuat konfransında deyib.

58 yaşlı mütəxəssis hər iki komandanın çempionluq uğrunda mübarizə apardığını bildirib: "Ümid edirəm ki, Lionel Messi yenidən həlledici rol oynayacaq. Bizə ən yaxşı Messi və ən yaxşı "Barselona" lazımdır. Hər şeyi mükəmməl şəkildə etməliyik".

Qeyd edək ki, El Klasiko bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi