Ronald Kuman: "Messinin komandada qalacağına əmin deyiləm"

Ronald Kuman: "Messinin komandada qalacağına əmin deyiləm" İspaniyanın "Barselona" komandasının baş məşqçisi Ronald Kuman ulduz futbolçu Lionel Messinin klubdakı taleyindən danışıb.
Futbol
3 Fevral , 2021 17:19
Ronald Kuman: Messinin komandada qalacağına əmin deyiləm
Ronald Kuman və Lionel Messi

İspaniyanın "Barselona" komandasının baş məşqçisi Ronald Kuman ulduz futbolçu Lionel Messinin klubdakı taleyindən danışıb.

"Report" "The Athletic" nəşrinə istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssis 33 yaşlı hücumçu haqqında xoş sözlər işlədib.

Kuman Messinin başqa klubun formasını geyinəcəyini təsəvvür etmədiyini söyləyib: "Messi "Barselona"da qalacaq? Buna əmin deyiləm. Qalacağına ümid edirəm. Çünki o, hələ də əla oyunçudur və komandaya nəticələr qazandırır. Onunla çalışmağı xoşlayıram, məşqlərdə keyfiyyətlərini görmək inanılmazdır. "Barselona"ya uşaq vaxtı gəlib. Başqa klubun formasını geyinəcəyini təsəvvür etmirəm".

Qeyd edək ki, Lionel Messinin klubla müqaviləsi bu il iyunun 30-da başa çatacaq.

Son xəbərlər

Orphus sistemi