Ronald Kuman "Barselona"dakı gələcək fəaliyyətindən danışdı

Ronald Kuman "Barselona"dakı gələcək fəaliyyətindən danışdı İspaniyanın "Barselona" futbol komandasının baş məşqçisi Ronald Kuman klubda gələcək fəaliyyəti barədə suala cavab verib
Futbol
23 May , 2021 05:43
Ronald Kuman Barselonadakı gələcək fəaliyyətindən danışdı
Ronald Kuman

İspaniyanın "Barselona" futbol komandasının baş məşqçisi Ronald Kuman klubda gələcək fəaliyyəti barədə suala cavab verib.

“Report”un məlumatına görə, bu barədə “Goal” məlumat yayıb.

"Düşünürəm ki, bu, "Barselona"da son oyunum deyil. Mənim müqaviləm var və bilmirəm ki, sonra nə edəcəyik. Siz bu mövzuda çox danışırsınız, amma mən arxayınam. Əgər klubun dəyişdirməli olduğu nəsə varsa, o, mənimlə danışmalıdır", - Kuman deyib.

Qeyd edək ki, İspaniya çempionatının qalibi "Atletiko" olub. Klub 38 görüşdə 86 xal yığıb. "Real Madrid" turnir cədvəlində ikinci yerə qərarlaşıb. Komandanın 84 xalı var. Siyahıda üçüncü yerdə "Barselona" mövqe tutub. Komanda 79 xal toplayıb.

Son xəbərlər

Orphus sistemi