Ronald Kuman 2 futbolçunu "Barselona"dan kənarlaşdırdı

Ronald Kuman 2 futbolçunu "Barselona"dan kənarlaşdırdı İspaniya "Barselona"sının yeni baş məşqçisi Ronald Kuman futbolçular Luis Suares və Arturo Vidalı əsas komandanın məşqlərindən kənarlaşdırıb.
Futbol
1864
5 Sentyabr , 2020 16:26
Ronald Kuman 2 futbolçunu Barselonadan kənarlaşdırdı

İspaniya "Barselona"sının yeni baş məşqçisi Ronald Kuman futbolçular - Luis SuaresArturo Vidalı əsas komandanın məşqlərindən kənarlaşdırıb.

"Report" ESPN nəşrinə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis sözügedən oyunçular komandanı tərk edəcəyi üçün belə addım atıb.

Uruqvaylı hücumçunun İtaliyanın "Yuventus", çilili yarımmüdafiəçinin isə "İnter" klubuna keçəcəyi gözlənilir. Hər iki futbolçu fərdi qaydada məşq edir.

Qeyd edək ki, bir müddət öncə komandadan ayrılacağını söyləyən Lionel Messi isə qərarını dəyişib. "Barselona"da qalacağını açıqlayan argentinalı hücumçu sentyabrın 7-dən məşqlərə qoşulacaq.

Son xəbərlər

Orphus sistemi