Roman Qriqorçuk: "Zirə" bizə qarşı həmişəki kimi mübarizə apardı"

Roman Qriqorçuk: "Zirə" bizə qarşı həmişəki kimi mübarizə apardı" Bakı. 8 aprel. REPORT.AZ/ Oyunu analiz edib, baxacağıq. İndi isə yalnız qarşıdakı kubok oyununa köklənəcəyik.
Futbol
8 Aprel , 2018 19:37
Roman Qriqorçuk: Zirə bizə qarşı həmişəki kimi mübarizə apardı

Bakı. 8 aprel. REPORT.AZ/ "Oyunu analiz edib, baxacağıq. İndi isə yalnız qarşıdakı kubok oyununa köklənəcəyik".

"Report" xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk səfərdə "Zirə" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXII tur matçından sonra mətbuat konfransında deyib. Daha sonra ukraynalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

- Hakim idarəçiliyinin oyunun nəticəsinə təsiri nə dərəcədə oldu?

- Xahiş edirəm, mənə bu barədə daha sual verməyin. Hörmətsizlik olaraq qəbul etməyin. Bu cür hakimlik barədə mənə sual verməyin.

- Bezotosnının zədəsi nə yerdədir. Onun zədələnməsi bugünkü planlarınıza təsir etmədi?

- İstənilən oyunçunun zədələnməsi xoşagələn hal deyil. Ancaq bu, hansısa planıma təsir etmədi. Aqil Məmmədov bu gün yaxşı təsir bağışladı. Dmitrinin zədəsi barədə hələ məlumatım yoxdur. Növbəti günlərdə onun durumuna tam aydınlıq gələcək.

- Hiss olunurdu ki, "Zirə”nin oyunçuları bu qarşılaşmaya çox ciddi hazırlaşıblar. Bəs "Qəbələ”nin futbolçuları nə işlə məşğul olublar?

- "Zirə” bizə qarşı həmişəki kimi mübarizə apardı. Bizə gəldikdə isə hiss olunurdu ki, futbolçuların ağlında kubok oyunları var. Ancaq çalışırıq ki, həm çempionata, həm də kuboka eyni diqqəti göstərək.

- Cavid Hüseynov və Baqali Daboda yorğunluq görünürdü...

- Cavid ilboyu sabit oyun sərgiləyə bilməz. Zədə və bir neçə oyunluq cəzalanması onun oyununa, hazırlığına da təsir etdi. İstənilən halda, Cavid bizim üçün vacib oyunçudur.

- "Qəbələ”dən ayrılacağınız deyilir. Bu, oyunçuların motivasiyasına təsir etmir?

- Bizdə bəzən motivasiya, ehtiras çatışmır. Oyundan öncə də futbolçularımda istədiyim ehtirası görmədim. O ki qaldı, kiminsə komandadan ayrılmasının futbolçulara təsiri, buna inanmıram. Futbolçu meydanda öz oyununu sərgiləməlidir. Onlara tribunada sevdiyi insanlar baxır. Ən azından bunun üçün mübarizə aparmalıdırlar. Ancaq oyunda bəzi məqamlar da olur ki, bunlar da futbolçuların motivasiyasına təsir edir.

Son xəbərlər

Orphus sistemi