​Roman Qriqorçuk: "Maribor" sürətli komandadır"

​Roman Qriqorçuk: "Maribor" sürətli komandadır" Ukraynalı mütəxəssis: Rəqib barədə kifayət qədər məlumatımız var
Futbol
17 Avqust , 2016 20:47
​Roman Qriqorçuk: Maribor sürətli komandadır

Bakı. 17 avqust. REPORT.AZ/ "Komanda eyforiyadan ayılıb. Çünki "Lill"ə matçdan çox vaxt keçib. Futbolçu istənilən halda inkişafı düşünməlidir. Bütün hallarda irəli baxmalıyıq". 

"Report"un məlumatına görə, bunu "Qəbələ" klubunun baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının "pley-off" mərhələsində Sloveniyanın "Maribor"u ilə keçiriləcək oyundan əvvəl keçirilən mətbuat konfransında deyib.

Ukraynalı mütəxəssis sabah keçiriləcək oyun haqqında danışarkən bildirib: "Rəqib barədə kifayət qədər məlumatımız var və futbolçularla bunları bölüşmüşük. Sabahhkı heyətə gəldikdə, fikrimdə bir neçə variant var. Amma bunu sabah açıqlayacam. Bizə həmyerlilərimdən Ukraynanın Azərbaycandakı səfiri dəstək olur. Bu da onu göstəriri ki, həmin insanlar futbolu sevirlər. Çalışdığım insanlarla razıyam. Onlar haqqında yalnız yaxşı sözlər deyə bilərəm. Heç vaxt komandanın şanslarına, göstəricilərə, faizlərə önəm vermirəm. Qalib gəlmək üçün bir faizimiz də olsa, bunun üçün ölməyə hazır olmalıyıq. Düşünürəm ki, sabahkı oyunda bu göstərici daha çox olacaq. Oyuna köklənmişik, buna görə də qayğılı görünürəm".

Baş məşqçi kapitan Rəşad Sadiqovun yoxluğundan danışıb və "Maribor"u əvvəlki mərhələlərdəki rəqiblərlə müqayisə edib: "Hər hansı bir oyunçunun yoxlğu istənilən məşqçi üçün xoş hal deyil. Rəşadın yaşına baxmayaraq, o, inkişaf edir və üzərində işləyir. İstənilən halda meydanda olmayacaq oyunçunu əvəz edən futbolçu olmalıdır. "Maribor"u gücünə görə əvvəlki komandalarla müqayisə etməzdim. Bu, düzgün olmaz. Oyun üslubuna gəlincə, sürətlidir. Bu da futbolda güclü silah sayılır."

Xatırladaq ki, avqustun 18-də "Dalğa Arena"da keçiriləcək "Qəbələ" - "Maribor" matçı saat 21:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi