Roman Qriqorçuk: "Bizə vacib olan "Qarabağ"la oyunumuz haqda fikirləşməkdir"

Roman Qriqorçuk: "Bizə vacib olan "Qarabağ"la oyunumuz haqda fikirləşməkdir" "Qəbələ"nin baş məşqçisi: "İrəlidə 5 oyun var, bu, 15 xal deməkdir"
Futbol
19 Mart , 2017 18:09
Roman Qriqorçuk: Bizə vacib olan Qarabağla oyunumuz haqda fikirləşməkdir
Foto: "Report"

Bakı. 19 mart. REPORT.AZ/ "Qəbələ" komandasının baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının XXIII turu çərçivəsində AZAL ilə 1:1 hesablı heç-heçədən sonra mətbuat konfransına qatılıb. 

"Report"un məlumatına görə, 52 yaşlı ukraynalı mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb, daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Ümumlikdə komandanın oyunundan razı qaldım. Çatışmayan tək şey qol vəziyyətlərini reallaşdıra bilməməyimizdir. Ona görə nəticə bizi qane etmir.

- "Qarabağ"ın "Zirə" ilə görüşdə xal itirəcəyinə inanırsınız?

- İndiki vəziyyətdə bu barədə düşünmürəm. Bizə vacib olan "Qarabağ"la öz oyunumuz haqda fikirləşməkdir.

- "Qəbələ" son turlarda xal itirdi. Bəlkə komandanız çempionluğa hazır deyil?

- İrəlidə 5 oyun var, bu, 15 xal deməkdir. Çempionatın sonunda bu sualı cavablandıra bilərəm.

- Bəzən Ukrayna mətbuatında sizin adınız hanısısa klubla yanaşı hallanır. Bu isə söhbətlərə yol açır ki, "Qəbələ" çətinə düşən kimi məqsədli şəkildə belə xəbərlər çıxır.

- Bu mövzuda danışmaq istəmirəm. Başa düşə bilmirəm, bu necə ola bilər. Heç bir fikrim yoxdur. Şərh verməyəcəyəm.

Son xəbərlər

Orphus sistemi