Roman Qriqorçuk: "Əsas odur ki, qələbə qazandıq"

Roman Qriqorçuk: "Əsas odur ki, qələbə qazandıq" "Qəbələ"nin baş məşqçisi "Səbail"lə oyunu qiymətləndirib
Futbol
4 Noyabr , 2017 19:40
Roman Qriqorçuk: Əsas odur ki, qələbə qazandıq

Bakı. 4 noyabr. REPORT.AZ/ "Əsas odur ki, qələbə qazandıq. Bu cür oyunlarda iki top vurduqdan sonra rəqibə daha çox təzyiq olmalı idi. Ancaq tam əksinə oldu. İkinci qoldan sonra komandada rahatlıq yarandı".

"Report"un məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk evdə "Səbail"ə 3:1 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının XI tur matçından sonra mətbuat konfransında deyib.

Daha sonra ukraynalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

- Oyun zamanı çox gərgin görünürdünüz. Yetirmələrinizin hansı səhvləri sizi belə emosional etmişdi?

- Bunun birinci dəfə şahidi olurdunuz? (gülür).

- "Qarabağ"la oyunda daha sakit idiniz...

- Rəqiblərimizin hər birinə hörmət edirəm. "Qarabağ"la oyunda indikindən daha yaxşı daha səhvsiz oynayırdıq. Ona görə, hər epizoda belə emosional münasibət bildirmirdim.

- Rəqibin baş məşqçisi dedi ki, "Qəbələ"dən daha güclü oyun gözləyirdi...

- Bu, onun fikridir. Onun fikirlərinə hörmət edirəm.

- Yaranacaq fasilədə hansı planlarınız var? Ölkə xaricinə səfər gözlənilir?

- Heç bir planımız yoxdu, yəni, ölkə xaricinə yollanmayacağıq. Burda təlim-məşq toplanışı keçəcək və yoxlama oyununda qüvvəmizi sınayacağıq.

- Qarşıda "Neftçi" ilə oyununuz var. Ardıcıl oyunda qalib gəliblər...

- "Neftçi" ilə bağlı əvvəllər də yüksək fikirdə olmuşam. Bundan öncə də, bu komandanın layiq olmadığı yerdə olduğunu bildirmişdim. Bu komanda ilə oyunumuz çətin keçəcək.

Son xəbərlər

Orphus sistemi