​Roman Qriqorçuk: "Biz rəqibdən güclü idik"

​Roman Qriqorçuk: "Biz rəqibdən güclü idik" "Bu görüş bizim üçün psixoloji cəhətdən çox çətin idi"
Futbol
253
10 İyul , 2015 02:21
​Roman Qriqorçuk: Biz rəqibdən güclü idik

Bakı. 10 İyul. REPORT.AZ/ "Qələbə qazandığımız üçün çox şadam. Bunu sözlə ifadə etmək mümkün deyil".

"Report" xəbər verir ki, bu sözləri Tbilisinin "Dinamo" klubu üzərində 2:0-lıq qələbədən sonra "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk bildirib.

"Komandamız rəqibdən yaxşı oynadı. Bu görüş bizim üçün psixoloji cəhətdən çox çətin idi. Düzgün təhlil nəticəsində doğru qərar çıxardıq və qələbə qazandıq. Düzdür, qolu oyunun sonunda vurduq, amma biz rəqibdən güclü idik", - deyə ukraynalı mütəxəssis qeyd edib.

Baş məşqçi hər futbolçunun oyuna yanaşma tərzinin fərqli olduğunu da diqqətə çatdırıb:

"Bunların hər birini də nəzərə aldıq. Hər bir detalı nəzərə alaraq ümumi nəticəyə gəldik və qələbə qazandıq. Rəşad Sadiqov oyunun ən yaxşılarından idi. Düşünmürəm ki, o zəif oynayıb. Standart vəziyyətlərdən yararlana bilmirik. Ancaq bu o demək deyil ki, biz xüsusi olaraq standart vəziyyətlər üçün oyunçu transfer edək. Bu komanda işidir".

Son xəbərlər

Orphus sistemi