Roman Qriqorçuk azərbaycanlı futbolçunun komandasına başçılıq edə bilər

Roman Qriqorçuk azərbaycanlı futbolçunun komandasına başçılıq edə bilər "Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçuk Ukraynanın "Kolos" klubuna rəhbərlik edə bilər.
Futbol
8 Noyabr , 2021 20:46
Roman Qriqorçuk azərbaycanlı futbolçunun komandasına başçılıq edə bilər

"Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçuk Ukraynanın "Kolos" klubuna rəhbərlik edə bilər.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, Kovalivka təmsilçisinin prezidenti Andrey Zasuxa 56 yaşlı mütəxəssislə danışıqları davam etdirir.

İddiaya görə, təcrübəli baş məşqçi Azərbaycan millisinin hücumçusu Anatoli Nuriyevin də çıxış etdiyi komandanın sükanı arxasına keçməyə çox yaxındır. Tərəflər razılığa gəlsələr, təyinat yaxın günlərdə rəsmilşəcək.

Qeyd edək ki, Roman Qriqorçuk 2015 - 2018-ci illərdə "Qəbələ"nin baş məşqçisi olub. Əyalət təmsilçisi onun rəhbərliyi altında 2015/2016, 2016/2017 mövsümlərində UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Son xəbərlər

Orphus sistemi