Roman Pipiya: "Biz futbolu inkişaf etdirməli və gənclərə üstünlük verməliyik"

Roman Pipiya: "Biz futbolu inkişaf etdirməli və gənclərə üstünlük verməliyik" "Gəncləri çalışdırmaq lazımdır, baxmayaraq ki, legioneri alıb azarkeşlərə xoşbəxtlik bəxş etmək istəyirik"
Futbol
3 İyul , 2015 13:42
Roman Pipiya: Biz futbolu inkişaf etdirməli və gənclərə üstünlük verməliyik

Bakı. 3 iyul. REPORT.AZ/ "Dinamo" (Tbilisi) klubunun sahibi və prezidenti Roman Pipiya öz komandasının "Qəbələ" klubu ilə oyunu haqqında "Report"la  təəssüratlarını bölüşüb.

Görüş dünən Tbilisidə Çempionlar liqası turniri çərçivəsində keçirilib. Gürcü komandası çətin qələbə əldə edib (2:1).

Klub prezidentinin sözlərinə görə, Azərbaycan və Gürcüstan iki qardaş ölkədir və onları biri-birisiz təsəvvür etmək mümkün deyil. "Bu həm də idmanda da özünü göstərməlidir. Biz futbolu inkişaf etdirməli və gənclərə üstünlük verməliyik. Komandamızın orta yaş həddi 19-dur", - R.Pipiya bildirib. 

O qeyd edib ki, gənc futbolçulara üstünlüyn verilməsi öz bəhrəsini gətirəcək: "Biz səbirli olmalı və gözləməliyik. Bu işdə ən çətini gözləməkdir. Gəncləri çalışdırmaq lazımdır, baxmayaraq ki, legioner almaq və azarkeşlərə xoşbəxtlik bəxş etmək istəyirik. Belə olmur. Hər zaman vətənpərvərlik qalib gəlir. Legioner öz yetirməmizin qazandığını qazana bilməz".

"Dinamo"nun prezidenti Azərbaycan rəhbərliyinin ölkənin idman infrastrukturunun inkişafı ilə bağlı addımlarını yüksək qiymətləndirib. 

Son xəbərlər

Orphus sistemi