Mxitaryan "Roma"dan kənarlaşdırılır

Mxitaryan "Roma"dan kənarlaşdırılır İtaliyanın "Roma" klubu futbolçusu Henrix Mxitaryanla yollarını ayıracaq
Futbol
26 Yanvar , 2022 12:42
Mxitaryan Romadan kənarlaşdırılır
Henrix Mxitaryan

İtaliyanın "Roma" klubu futbolçusu Henrix Mxitaryanla yollarını ayıracaq.

"Report" "La Repubblica" nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçinin yayda başa çatacaq müqaviləsi yenilənməyəcək.

"Canavarlar" yüksək maaşı səbəbindən erməni oyunçu ilə vidalacaq. Paytaxt təmsilçisi illik 3 milyon avro məvacib alan yarımmüdafiəçiyə artıq bu məbləği vermək istəmir və onun yerinə yeni futbolçu axtarır.

Xatırladaq ki, Henrix Mxitaryan "Roma"da 2019-cu ildən çıxış edir.

Son xəbərlər

Orphus sistemi