"Roma" Serbiya millisinin qapıçısı ilə müqavilə bağlayıb

"Roma" Serbiya millisinin qapıçısı ilə müqavilə bağlayıb İtaliyanın "Roma" klubu heyətini yeni qapıçı ilə gücləndirib.
Futbol
28 Mart , 2022 13:23
Roma Serbiya millisinin qapıçısı ilə müqavilə bağlayıb
Mile Svilar

İtaliyanın "Roma" klubu heyətini yeni qapıçı ilə gücləndirib.

"Report" "Football-İtalia" nəşrinə istinadən xəbər verir ki, "canavarlar" Portuqaliyanın "Benfika" klubunun və Serbiya yığmasının qolkiperi Mile Svilar ilə 5 illik müqavilə imzalayıb.

23 yaşlı oyunçu artıq paytaxt təmsilçisində tibbi müayinədən keçib. Sviların "Benfika" ilə müqaviləsi iyunun 30-da başa çatacaq. Buna görə də serbiyalı qapıçı "Roma"ya azad agent kimi keçəcək.

Qeyd edək ki, Mile Svilar "Benfika"nın əvəzedici komandasında 13 görüşdə meydanda olub.

Son xəbərlər

Orphus sistemi