Roma papası İtaliya Kuboku öncəsi "Yuventus" və "Latsio"ya xeyir-dua verib

Roma papası İtaliya Kuboku öncəsi "Yuventus" və "Latsio"ya xeyir-dua verib Görüşdə futbolçu və məşqçilərdən savayı, hər iki klubun rəhbərliyi də iştirak edib
Futbol
17 May , 2017 06:56
Roma papası İtaliya Kuboku öncəsi Yuventus və Latsioya xeyir-dua verib
Juventus.com

Bakı. 17 may. REPORT.AZ/ Roma papası Fransisk Vatikandakı Apostol sarayında bu gün futbol üzrə İtaliya Kubokunun final oyununda üz-üzə gələcək "Yuventus" və "Latsio" klublarının nümayəndə heyətlərini qəbul edib.

"Report" xəbər verir ki, görüşdə futbolçu və məşqçilərdən savayı, hər iki klubun rəhbəri, həmçinin İtaliya Futbol Federasiyasının rəhbəri Karlo Tavekkio iştirak edib.

“Peşəkar futbolun, xüsusilə də gənc insanlar arasında hansı diqqəti cəlb etdiyini həmişə xatırlayın. Sizin üzərinizə böyük məsuliyyət düşür. Mən sizə sədaqət, düzgünlük, harmoniya və humanizm nümunəsi olmağı arzulayıram", - deyə Roma papası bildirib.

İtaliya Kuboku uğrunda həlledici görüş bu gün Romanın “Olimpiko” stadionunda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi