İtaliyada futbolçu meydanın özlərinə aid hissəsindən qol vurdu

İtaliyada futbolçu meydanın özlərinə aid hissəsindən qol vurdu İtaliyanın "Fano" klubunun futbolçusu Rikkardo Karnelutti C Seriyasının V turunun "İmoleze" ilə oyununda baxımlı qol vurub.
Futbol
1372
19 Oktyabr , 2020 12:45
İtaliyada futbolçu meydanın özlərinə aid hissəsindən qol vurdu

İtaliyanın "Fano" klubunun futbolçusu Rikkardo Karnelutti C Seriyasında V turun "İmoleze" ilə oyununda baxımlı qol vurub.

"Report"un məlumatına görə, 21 yaşlı müdafiəçi topu meydanın komandasına aid hissəsindən rəqib qapısına göndərib.

Amma italiyalı oyunçunun qolu "Fano"nu məğlubiyyətdən xilas etməyib - 1:2.

Qeyd edək ki, italiyalı futbolçu peşəkar karyerasına "Roma" klubunda başlayıb.

Son xəbərlər

Orphus sistemi