"Roma"nın hücumçusu "Qarabağ"la oyun ərəfəsində zədələnib

"Roma"nın hücumçusu "Qarabağ"la oyun ərəfəsində zədələnib Qrequar Defrelin müalicəsinə başlanılıb
Futbol
28 Noyabr , 2017 09:42
Romanın hücumçusu Qarabağla oyun ərəfəsində zədələnib

Bakı. 28 noyabr. REPORT.AZ/ İtaliyanın "Roma" komandası futbolçu itkisi ilə üzləşib. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Qrequar Defrel "Cenoa" ilə A Seriyasının XIV tur matçında zədələnib.

"Roma"nın səfərdə 1:1 hesablı heç-heçə etdiyi görüşdən sonra 26 yaşlı hücumçu tibbi müayinədən keçib. Həkimlər fransalı forvardın sol dizaltı vətərində problem aşkarlayıblar. Onun "Qarabağ"la Çempionlar Liqasının VI tur qarşılaşmasına çatdırılması üçün müalicəyə başlanılıb. Bu görüş dekabrın 5-də Romadakı "Olimpiko" stadionunda olacaq.

Qeyd edək ki, Qrequar Defrel "Cenoa" ilə görüşün 58-ci dəqiqəsində Dieqo Perottinin əvəzinə meydana daxil olub.