"Roma"nın futbolçusu "Qarabağ"ı “Benevento” və “Verona” ilə müqayisə edib

"Roma"nın futbolçusu "Qarabağ"ı “Benevento” və “Verona” ilə müqayisə edib “Matçın əvvəlində rəqibin səhvləri ilə qarşılaşdıq və bundan yaralandıq”
Futbol
1295
28 Sentyabr , 2017 12:25
Romanın futbolçusu Qarabağı “Benevento” və “Verona” ilə müqayisə edib
Report/ Firi Salim

Bakı. 28 sentyabr. REPORT.AZ/ “Oyuna yanaşmamız düzgün idi. Biz başlanğıcda irəli getdik və “Qarabağ”la görüşün taleyini ilk yarıda həll etdik. Matçın əvvəlində rəqibin səhvləri ilə qarşılaşdıq və bundan yararlandıq”. 

"Report"un məlumatına görə, bunu İtaliyanın "Roma" klubunun futbolçusu Stefan Əl-Şaaravi Bakıda "Qarabağ"ı 2:1 hesabı ilə yendikləri Çempionlar Liqasının qrup mərhələsinin II tur matçından sonra deyib.

25 yaşlı hücumçu “Qarabağ”ı İtaliya A seriyasında çıxış edən “Benevento” və “Verona” komandaları ilə müqayisə edib. O, deyib ki, avrokuboklarda hər şey fərqlidir: “Əlbəttə, daha yaxşı çıxış edə bilərdik. “Qarabağ”la “Benevento” və ya “Verona” arasında fərqə gəlincə, avrokuboklarda hər şey fərqlidir. Rəqibimiz bizi çətin vəziyyətə salmağa cəhd göstərirdi. Burada asan rəqiblər olmur. Biz öz keyfiyyətlərimizi ortaya qoymalıyıq. Hesab edirəm ki, hər kəsə oynamaq şansı vermək ədalətli olar. Daha çox oynayanları əvəzləmək üçün geniş heyətə malik olmaq lazımdır”.

Qeyd edək ki, Stefan Əl-Şaaravi Bakıda baş tutan matçda start heyətində yer alıb və 90 dəqiqə meydanda olub.

Son xəbərlər

Orphus sistemi