"Roma"nın futbolçusu "Qarabağ"a vurduğu qolu xatırladı

"Roma"nın futbolçusu "Qarabağ"a vurduğu qolu xatırladı İtaliyanın Roma klubunun futbolçusu Dieqo Perotti sosial şəbəkədə yerli azarkeşlərin suallarını cavablandırıb.
Futbol
17 Aprel , 2020 19:53
Romanın futbolçusu Qarabağa vurduğu qolu xatırladı

İtaliyanın "Roma" klubunun futbolçusu Dieqo Perotti sosial şəbəkədə yerli azarkeşlərin suallarını cavablandırıb.

"Report"un məlumatına görə, argentinalı yarımmüdafiəçi müsahibə zamanı 2017/2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı keçirdikləri ev oyununu da xatırlayıb.

32 yaşlı oyunçu fanatlardan birinin "Ən sevimli qolunuz" hansıdır sualına bu cür cavab verib: "Mənim üçün əsas qolun gözəlliyi yox, önəmli olmasıdır. Bu mənada ilk sırada "Sampdoriya" ilə matçda vurduğum qol dayanır. Həmçinin Çempionlar Liqasında lider kimi tamamladığımız qrupda "Çelsi" və "Qarabağ"a vurduğum qolları da bu siyahıya əlavə edə bilərəm".

Qeyd edək ki, Dieqo Perotti 2017-ci il dekabrın 5-də qrup mərhələsinin VI turunun "Qarabağ"la ev oyununun (1:0) 56-cı dəqiqəsində fərqlənərək komandasına vacib qələbə qazandırmışdı.

Son xəbərlər

Orphus sistemi