Roma metrosunda eskalatorun qırılması nəticəsində yaralıların sayı 30-a çatıb - VİDEO - YENİLƏNİB

Roma metrosunda eskalatorun qırılması nəticəsində yaralıların sayı 30-a çatıb - VİDEO - YENİLƏNİB Bakı. 23 oktyabr. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində keçiriləcək Roma(İtaliya) - MOİK (Rusiya) oyunu öncəsi Roma metrosunda eskalatorun qırılması nəticəsində xəsarət alanların sayı 30-a çatıb.
Futbol
23 Oktyabr , 2018 22:57
Roma metrosunda eskalatorun qırılması nəticəsində yaralıların sayı 30-a çatıb - VİDEO - YENİLƏNİB

Bakı. 23 oktyabr. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində keçiriləcək "Roma"(İtaliya) - MOİK (Rusiya) oyunu öncəsi Roma metrosunda eskalatorun qırılması nəticəsində xəsarət alanların sayı 30-a çatıb.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın İtaliyadakı səfirliyinə istinadən TASS məlumat yayıb.

Bildirilir ki, yaralananların ümumi sayı 30 nəfər təşkil edir. Onlardan 7-si ağır vəziyyətdədir, 5 nəfər orta, daha 18 nəfər isə yüngül xəsarət alıb.

Səfirliyin məlumatına görə, "Repubblica" metrostansiyasında hadisə baş ver zaman eskalatorda çoxlu sayda Rusiya azarkeşi də olub, lakin onlardan neçəsinin xəsarət aldığı hələ ki, məlum deyil.

Yerli KİV yazır ki, rusiyalı fanatlar sərxoş vəziyyətdə olublar və eskalatorda atılıb-düşməyə başlayıblar.


***22:40

Bakı. 23 oktyabr. REPORT.AZ/ İtaliyanın paytaxtı Romanın mərkəzində metro eskalatorunun uçması nəticəsində Rusiya MOİK-nin ən azı 8 azarkeşi xəsarət alıb.

"Report" məlumatına görə, bu barədə "RİA Novosti"yə Roma şəhər Polis İdarəsindən açıqlama verilib.

"MOİK-in azarkeş qrupu stansiya ilə aşağı enərkən eskalator qırılıb. Ən azı 8 nəfər müxtəlif xəsarətlər alıb. Onların sayı arta bilər. Hazırda yaralılar şəhərin tibb müəssisəsinə göndərilib", - deyə məlumatda bildirilir.

"Repubblica" stansiyası bu gün "Roma" və MOİK komandaları arasında Çempionlar Liqasının III tur matçının keçiriləcəyi "Olimpiko" stadionu istiqamətindəki metro xəttində yerləşir. Hadisədən sonra stansiya bağlanıb.

Görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Qeyd edək ki, "Roma" - MOİK matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq

Son xəbərlər

Orphus sistemi