"Roma" komandasının baş məşqçisi istefa verib

"Roma" komandasının baş məşqçisi istefa verib Klub prezidenti Ceyms Pallotta təcrübəli mütəxəssisə minnətdarlığını bildirib
Futbol
30 May , 2017 11:39
Roma komandasının baş məşqçisi istefa verib

Bakı. 30 may. REPORT.AZ/ Luçano Spaletti İtaliyanın "Roma" klubunun baş məşqçi postundan istefa verib. "Report"un məlumatına görə, klub prezidenti Ceyms Pallotta təcrübəli mütəxəssisə minnətdarlığını bildirib. 

Spalettinin rəhbərliyi altında komandanın daha çox qol vurduğu və xal topladığı vurğulanıb.

Qeyd edək ki, Luçano Spaletti 2016-cı ilin yanvarından "Roma"da çalışırdı. Onun rəhbərliyi altında paytaxt təmsilçisi İtaliya A Seriyasını ikinci pillədə başa vuraraq, Çempionlar Liqasının qrup mərhələsinə birbaşa vəsiqə qazanıb. "Cenoa" ilə son tur matçı həm də komandanın kapitanı Françesko Tottinin futbolçu karyerasında sonuncu olub. 

Son xəbərlər

Orphus sistemi