"Roma" klubuna texniki məğlubiyyət verilə bilər

"Roma" klubuna texniki məğlubiyyət verilə bilər İtaliyanın "Roma" klubu texniki məğlubiyyət ala bilər.
Futbol
22 Sentyabr , 2020 01:38
Roma klubuna texniki məğlubiyyət verilə bilər
Amadu Diavara

İtaliyanın "Roma" klubu texniki məğlubiyyət ala bilər. 

"Report"un məlumatına görə, səbəb "canavarlar"ın A Seriyasının I turunda "Verona" ilə oyunun iştirak ərizəsinə yarımmüdafiəçi Amadu Diavaranın yanlış daxil edilməsidir. Paytaxt təmsilçisi iyulun 17-də 23 yaşı tamamlanmış Diavaranı yaşı 22-dək olan oyunçu kimi sifariş edib. 

Qeyd edək ki, görüş qolsuz heç-heçə ilə yekunlaşıb. Növbəti turda "Roma" "Yuventus"la, "Verona" "Udineze" ilə qarşılaşacaq. Hər iki görüş sentyabrın 27-də keçiriləcək.  

Son xəbərlər

Orphus sistemi