Bakı. 31 may. REPORT.AZ/ İtaliyanın "Roma" klubu Portuqaliya "Portu"sunun futbolçusu İvan Markanonu transfer edib.
"Report"un klubun saytına istinadən verdiyi məlumata görə, İtaliya təmsilçisi ispaniyalı müdafiəçi ilə 3 illik müqavilə imzalayıb.
Paytaxt təmsilçisi 31 yaşlı müdafiəçini azad agent kimi heyətinə qatıb.
Qeyd edək ki, İvan Markano 2014-2018 illərdə "Portu" klubunda çıxış edib.