"Roma" İtaliya millisinin futbolçusunu transfer etdi

"Roma" İtaliya millisinin futbolçusunu transfer etdi "Roma" klubu İtaliya millisinin futbolçusu Stefan El Şaravini heyətinə qatır.
Futbol
29 Yanvar , 2021 11:45
Roma İtaliya millisinin futbolçusunu transfer etdi

"Roma" klubu İtaliya millisinin futbolçusu Stefan El Şaravini heyətinə qatır.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, paytaxt təmsilçisi 29 yaşlı vingerlə razılığa gəlib.

Təcrübəli oyunçu bu gün tibbi müayinədən keçdikdən sonra 2,5+1 illik müqaviləyə imza atacaq. El Şaravi "Roma"da 3,5 milyon avro maaş alacaq. O, yeni komandasına azad agent kimi keçəcək.

Qeyd edək ki, Stefan El Şaravi 2016 - 2019-cu illərdə "Roma"nın formasını geyinib. O, son olaraq, Çinin "Şanxay Şenxua" komandasında oynayıb.

Son xəbərlər

Orphus sistemi