Bakı. 8 iyun. REPORT.AZ/ İtaliyanın "Roma" klubu "Atalanta" komandasının futbolçusu Brian Krisdanteni heyətinə qatıb.
"Report"un klubun saytına istinadən verdiyi məlumata görə, paytaxt təmsilçisi 23 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalayıb.
İtaliya millisinin də şərəfini qoruyan oyunçu 2023-cü ilə qədər "Roma"da çıxış edəcək. Krisdante ilk mövsümü icarə əsasında oynayacaq. "Roma" icarəyə görə "Atalanta"ya 5 milyon, futbolçunun transferi üçün isə 15 milyon avro ödəyəcək.
Qeyd edək ki, Brian Krisdante 2017-2018 mövsümündə 36 oyunda 9 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.