“Roma” futbolçusunun “Qarabağ”la oyunda geyindiyi forma hərraca çıxarılıb

“Roma” futbolçusunun “Qarabağ”la oyunda geyindiyi forma hərraca çıxarılıb Bakı. 29 may. REPORT.AZ/ İtaliyanın “Roma” klubunun futbolçusu Kevin Strootmanın 2017-2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsinin son oyununda doğma divarlar arasında “Qarabağ”la matçda geyindiyi forma hərraca çıxarılıb.
Futbol
29 May , 2018 19:46
“Roma” futbolçusunun “Qarabağ”la oyunda geyindiyi forma hərraca çıxarılıb

Bakı. 29 may. REPORT.AZ/ İtaliyanın “Roma” klubunun futbolçusu Kevin Strootmanın 2017-2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsinin son oyununda doğma divarlar arasında “Qarabağ”la matçda geyindiyi forma hərraca çıxarılıb.

“Report” xəbər verir ki, bu barədə paytaxt təmsilçisi “Twitter” hesabından paylaşım edib. 

İtaliya klubu fiziki, psixoloji, iqtisadi, sosial problemləri olan və valideynlərini itirən uşaqlara dəstək kampaniyası çərçivəsində bu addımı atıb.

Qeyd edək ki, “Roma” dekabrın 5-i “Stadio Olimpico" stadionunda baş tutan qarşılaşmada “Qarabağ”ı 1:0 hesabı ilə məğlub edib.

Son xəbərlər

Orphus sistemi