Roma derbisində kuryoz qollar vurulub - VİDEO

Roma derbisində kuryoz qollar vurulub - VİDEO İtaliya A Seriyasında XXI turun Roma - Latsio derbisi kuryoz qollar vurulub.
Futbol
27 Yanvar , 2020 10:37
Roma derbisində kuryoz qollar vurulub - VİDEO

İtaliya A Seriyasında XXI turun "Roma" - "Latsio" derbisi kuryoz qollar vurulub.

"Report"un məlumatına görə, paytaxtın "Olimpiko" stadionunda keçirilmiş qarşılaşmada ilk qolu 26-cı dəqiqədə nominal meydan sahiblərinin futbolçusu Edin Ceko vurub. Bosniya və herseqovinalı hücumçu rəqib qapıçı Tomas Strakoşanın çıxışda uğursuz oyunundan yararlanaraq, başla topu tora göndərib.

Lakin 34-cü dəqiqədə künc zərbəsindən sonra "Roma"nın qapıçısı Pau Lopes topu uzaqlaşdırarkən səhvə yol verib. Nəticədə "Latsio"nun müdafiəçisi Ştefan Radu fərqlənməyə imkan tapıb. Beləliklə, paytaxt derbisi 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, 21 turdan sonra "Latsio" 46 xalla 3-cü, "Roma" 39 xalla 4-cü pillədədir. 

Son xəbərlər

Orphus sistemi