"Roma"dan La Liqa təmsilçisinə keçən futbolçu koronavirusa yoluxdu

"Roma"dan La Liqa təmsilçisinə keçən futbolçu koronavirusa yoluxdu İspaniyanın "Qranada" klubunun futbolçusu Maksim Qonalonda koronavirus aşkarlanıb.
Futbol
223
12 Avqust , 2020 12:03
Romadan La Liqa təmsilçisinə keçən futbolçu koronavirusa yoluxdu
Maksim Qonalon

İspaniyanın "Qranada" klubunun futbolçusu Maksim Qonalonda koronavirus aşkarlanıb. 

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi hazırda Fransadakı evində təcrid olunub. Klubun tibbi heyəti oyunçu ilə təmasdadır və xəstəliyin aradan qaldırılmasına kömək edir. 

Qeyd edək ki, Maksim Qonalon 2019-cu ilin sentyabrından "Qranada"da icarə əsasında oynayıb. La Liqa təmsilçisi avqustun 11-də fransalı oyunçunu İtaliya "Roma"sından aldığını və onunla 3 illik müqavilə imzaladığını açıqlayıb. 

Son xəbərlər

Orphus sistemi