"Roma" Cekoya daha çox maaşlı yeni müqavilə təklif edib

"Roma" Cekoya daha çox maaşlı yeni müqavilə təklif edib Bakı. 22 avqust. REPORT.AZ/ Roma komandanın hücumçusu Edin Cekoya yeni müqavilə təklif edib.
Futbol
22 Avqust , 2018 03:04
Roma Cekoya daha çox maaşlı yeni müqavilə təklif edib

Bakı. 22 avqust. REPORT.AZ/ "Roma" komandanın hücumçusu Edin Cekoya yeni müqavilə təklif edib.

“Report” xəbər verir ki, yeni sazişə əsasən, 32 yaşlı bosniyalı futbolçu hazırkı müqavilədə nəzərdə tutulmuş 4 milyon avro əvəzinə 5 mln. avro əmək haqqı ala biləcək.

Cekonun hazırkı müqaviləsi 2020-ci ildə başa çatacaq.

O, "Mançester Siti"dən "Roma"ya 2015-ci ildə keçib. Ceko ötən mövsüm "Roma"da keçirdiyi 36 oyuna 16 qol vurub, 4 məhsuldar ötürmə edib.

Son xəbərlər

Orphus sistemi