"Roma" 96 yaşlı azarkeşinə qeyri-adi sürpriz edib

"Roma" 96 yaşlı azarkeşinə qeyri-adi sürpriz edib İtaliya "Roma"sı Corcio adlı 96 yaşlı azarkeşini təəccübləndirib.
Futbol
4 İyul , 2022 23:55
Roma 96 yaşlı azarkeşinə qeyri-adi sürpriz edib

İtaliya "Roma"sı Corcio adlı 96 yaşlı azarkeşini təəccübləndirib.

"Report" xəbər verir ki, "canavarlar" ötən mövsüm qazandığı UEFA Konfrans Liqasının kubokunu qocaman fanatın evinə aparıb.

Paytaxt təmsilçisi bu addımı tərəfdarın ad günü münasibətilə atıb.

Qeyd edək ki, "Roma" Konfrans Liqasının finalında Niderland "Feyenoord"una 1:0 hesabı ilə qalib gəlib.

Son xəbərlər

Orphus sistemi