Rodrige Defendi: "Qəbələ"yə qarşı hazırlıqlı olmalıyıq"

Rodrige Defendi: "Qəbələ"yə qarşı hazırlıqlı olmalıyıq" "Avropa Liqasında asan oyun yoxdur"
Futbol
17 Avqust , 2016 20:11
Rodrige Defendi: Qəbələyə qarşı hazırlıqlı olmalıyıq

Bakı. 17 avqust. REPORT.AZ/ "Bu oyun bizim üçün çox önəmlidir. Nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik". 

"Report"un məlumatına görə, bu fikirləri Sloveniyanın "Maribor" klubunun futbolçusu Rodrige Defendi Avropa Liqasının "pley-off" mərhələsində "Qəbələ" ilə keçiriləcək oyunöncəsi mətbuat konfransında deyib.

R.Defendi paytaxtda olan isti hava şəraitindən danışıb: "İnanmıram ki, Bakıda olan isti hava bizə təsir edəcək. Sadəcə çıxıb oyunumuzu nümayiş etdirəcəyik. Avropa Liqasında asan oyun yoxdur. Sabah da belə olacaq. Yüksək səviyyəli turnirdə çıxış edirik və yaxşı oyun göstərməliyik. Rəqibi izləmişik və fərqli komandadır. Onlara qarşı hazırlıqlı olmalıyıq". 

Müdafiəçi avtomobil qəzasında həlak olmuş komandanın iki üzvünü də yad edib: "Avtomobil qəzasında həlak olanlar dostlarımız idi, onlar üçün darıxırıq. Amma işimiz oynamaq, davam etməkdir".

Qeyd edək ki, avqustun 18-də "Dalğa Arena"da keçiriləcək "Qəbələ" - "Maribor" matçı saat 21:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi