Hollandiya klubunun hücumçusu: "Qurban Qurbanov mənimlə təmiz söhbət etdi"

Hollandiya klubunun hücumçusu: "Qurban Qurbanov mənimlə təmiz söhbət etdi" Raydell Pupon: "Onun nəzərdə tutduğu ən yaxşı 5 əcnəbi arasında mən yox idim"
Futbol
19 Yanvar , 2016 13:36
Hollandiya klubunun hücumçusu: Qurban Qurbanov mənimlə təmiz söhbət etdi

Bakı. 19 yanvar. REPORT.AZ/ Hollandiyanın "Roda" futbol klubunun yeni transferi Raydell Pupon "Qarabağ"dan ayrılmasının səbəbini açıqlayıb. "Report"un məlumatına görə, 28 yaşlı hücumçu yerli "soccernews" nəşrinə açıqlamasına Ağdam təmsilçisindən gedişini əsas heyətdə ona yer verilməməsi ilə izah edib.

Təcrübəli forvard baş məşqçi Qurban Qurbanovun sözlərindən sonra bu addımı atdığını söyləyib: "Baş məşqçi mənimlə təmiz söhbət etdi və daha əsas heyətdə oynamayacağımı dedi. Azərbaycan klublarının əsas heyətində 5 legionerə yer verilə bilər. Onun nəzərdə tutduğu ən yaxşı 5 əcnəbi arasında isə mən yox idim. "Roda"da isə dərhal mənə etibar olunduğunu gördüm. Bu isə hücumçu üçün çox vacibdir".

Bununla belə, Pupon "Qarabağ"da keçirdiyi yarım mövsümə görə heç vaxt peşman olmadığını deyib. Əksinə, o, Azərbaycan klubunda təcrübə topladığını dilə gətirib.

Qeyd edək ki, Raydell Pupon "Roda"nın heyətində ilk matçına yanvarın 16-da çıxıb. AZ ilə qarşılaşmada o, 90 dəqiqə meydanda olub. Rəqib 56-cı dəqiqədən sonra azlıqda qalsa da, Puponun komandası 5-ci dəqiqədə buraxdığı qolun əvəzini çıxa bilməyib - 0:1.

Son xəbərlər

Orphus sistemi