Roberto Mançini: "Türkiyə millisi təhlükəli komandadır"

Roberto Mançini: "Türkiyə millisi təhlükəli komandadır" "Bir il geciksə də, turnirin başlaması hamımızı sevindirir. Yaxşı heyətə malik təhlükəli komanda ilə oynayacağıq. Məncə, möhtəşəm qarşılaşma olacaq".
Futbol
365
10 İyun , 2021 20:17
Roberto Mançini: Türkiyə millisi təhlükəli komandadır
Roberto Mançini

"Bir il geciksə də, turnirin başlaması hamımızı sevindirir. Yaxşı heyətə malik təhlükəli komanda ilə oynayacağıq. Məncə, möhtəşəm qarşılaşma olacaq".

"Report"un məlumatına görə, bu fikirləri İtaliya millisinin baş məşqçisi Roberto Mançini Türkiyə ilə AVRO-2020-nin açılış matçı öncəsi mətbuat konfransında deyib.

57 yaşlı mütəxəssis bildirib ki, əsas məqsədləri yaxşı oyun göstərmək və futboldan həzz almaqdır: "Yaxşı kollektiv olduğumuzu bilirik. Bununla belə, rəqiblərə də hörmətlə yanaşırıq. Meydana öz oyunumuzu göstərmək üçün çıxmalıyıq".

Təcrübəli baş məşqçi böyük turnirlərdə ilk görüşlərin hər zaman çətin keçdiyini xatırladıb: "Ağır oyun olacağını düşünürəm. Türkiyə güclü komandadır və onlara böyük hörmətim var. Bu kollektivi məğlub etmək istəyiriksə, ən yaxşı oyunlarımızdan birini keçirməliyik".

Mançini rəqib komandanın heyətində Fransanın "Lill" klubunda çıxış edən hücumçu Burak Yılmazı fərqləndirib: "Onu çox sevirəm. Ümid edirəm ki, sabah bizə qol vurmayacaq. Türkiyəli azarkeşlərə böyük məhəbbətim var. Amma qarşıdakı oyun üçün üzgünəm. 90 dəqiqə ərzində qələbə qazanmağa çalışacağıq. İnanıram ki, Türkiyə ilə finalda da qarşılaşacağıq".

Qeyd edək ki, Romadakı "Olimpiko" stadionunda keçiriləcək İtaliya - Türkiyə oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi