Bakı. 18 mart. REPORT.AZ/ Türkiyənin "Akhisar Bələdiyyəsi " futbol komandasının baş məşqçisi Roberto Karlosun bank hesabı dondurulub.
"Report"un "Doğan" agentliyinə istinadən verdiyi məlumata görə, braziliyalının pulunu saxladığı "Banca Privade Andorra"nın (BPA) beynəlxalq mafiya ilə əlaqələrinin olduğu üzə çıxıb.
Bu səbəbdən bankdakı bütün hesablar dondurulub. BPA-da 100 min avrodan az pulu olanlara dövlət zəmanəti verilir. Lakin Karlosun əmanəti daha çoxdur. Təkcə bir hesabda onun 2.8 milyon avrosunun olduğu bildirilir.
Qeyd edək ki, İspaniyada yaranmış maliyyə böhranı ilə əlaqədar BPA "Banco de Madrid"i almışdı.