Roberto Karlos Türkiyə klubunun baş məşqçisi ola bilər

Roberto Karlos Türkiyə klubunun baş məşqçisi ola bilər Bu barədə klub prezidenti açıqlama verib
Futbol
20 Yanvar , 2017 16:17
Roberto Karlos Türkiyə klubunun baş məşqçisi ola bilər

Bakı. 20 yanvar. REPORT.AZ/ Hazırda İspaniyanın "Real Madrid" klubunda çalışan braziliyalı Roberto Karlos Türkiyədə baş məşqçi olaraq fəaliyyət göstərə bilər. "Report"un "Ajansspor"a istinadən verdiyi məlumata görə, bu barədə Super Liqada çıxış edən "Alanyaspor" klubunun prezidenti Hasan Çavuşoğlu açıqlama verib.

Baş məşqçi Hüseyin Kalpar ilə yollarını ayıran klubun prezidenti namizədlərin siyahısında braziliyalının da olduğunu söyləyib: "Karlosun adı bizim siyahıda yer alıb. Həmin Siyahı İdarə Heyətinə təqdim edilib. O, hazırda "Real Madrid"də işləyir və qazancı təxminən 1 milyon avrodur".

Qeyd edək ki, Roberto Karlos "Fənərbağça"da futbolçu kimi çıxış edib. O, futbolçu karyerasını başa vurduqdan sonra isə Türkiyənin "Sivasspor" və "Akhisar" komandalarında baş məşqçi olub.

Son xəbərlər

Orphus sistemi