Roberto Karlos karyerasını bərpa edib

Roberto Karlos karyerasını bərpa edib Bakı. 11 sentyabr. REPORT.AZ/ Braziliya millisinin sabiq futbolçusu Roberto Karlos futzalda karyerasını bərpa edib.
Futbol
11 Sentyabr , 2018 19:15
Roberto Karlos karyerasını bərpa edib

Bakı. 11 sentyabr. REPORT.AZ/ Braziliya millisinin sabiq futbolçusu Roberto Karlos futzalda karyerasını bərpa edib. 

"Report" "Bible Sport"a istinadən xəbər verir ki, 45 yaşlı sabiq müdafiəçi Yaponiyanın "İnkişaf" klubunun heyətinə cəlb olunub. 

O, yeni klubunun heyətində "Voskuope Senday" ilə matçda 2 qola imza atıb. Qarşılaşma Karlosun komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Sabiq oyunçunun debüt oyununu, təxminən, 3015 azarkeş izləyib. 

Qeyd edək ki, R.Karlos karyerası ərzində İtaliyanın "İnter", İspaniyanın "Real Madrid" və Türkiyənin "Fənərbağça" klublarının formasını geyinib. O, 1992-ci ildən 2006-cı ilə qədər Braziliya millisinin şərəfini qoruyub.

Son xəbərlər

Orphus sistemi