Roberto Bordin: "Neftçi" ilə bağlı gözəl xatirələrim var"

Roberto Bordin: "Neftçi" ilə bağlı gözəl xatirələrim var" "Möhkəm peşəkar münasibətlər qurduğum insanlar var"
Futbol
18 Fevral , 2021 00:48
Roberto Bordin: Neftçi ilə bağlı gözəl xatirələrim var
Roberto Bordin

"Möhkəm peşəkar münasibətlər qurduğum insanlar var. Bunlar mənim tərcüməçim və fitness məşqçimdir. Biz artıq bir-birimizi başa düşürük və ümid edirəm ki, bu, yığma ilə işimə də məhsuldar təsir göstərəcək".

"Report"un məlumatına görə, bu fikirləri Moldova millisinə yenicə baş məşqçi təyin olunmuş Roberto Bordin "Sputnik Moldova" nəşrinə müsahibəsində deyib.

İtaliyalı mütəxəssis vaxtilə Moldova "Şerif"i və "Neftçi"də birgə çalışdığı insanlara təşəkkür edib: "Bu, o demək deyil ki, digərlərini xatırlamıram. Hər kəsə minnətdaram. Həm "Şerif"də, həm də "Neftçi"də birlikdə işlədiyim insanlara görə də bəxtim gətirib".

56 yaşlı baş məşqçi "Neftçi" ilə bağlı gözəl xatirələri olduğunu bildirib: "Mövsümə yüksək notlarla başladıq. İlk yarım ildə birinci pillədə idik. Hətta "Qarabağ"la 6 xallıq fərqimiz var idi. Amma mövsümün sonlarına doğru xallar itirməyə başladıq. Nəticədə liderliyi əldən verdik. Hər şey öz günahımızdan oldu, özümüz səhv etdik. Amma bu da uzun illər ərzində "Neftçi" üçün tarixi uğur idi. Avrokuboklarda da eyni hal yaşandı".

Qeyd edək ki, Roberto Bordin 2018 - 2020-ci illərdə "Neftçi"yə başçılıq edib.

Son xəbərlər

Orphus sistemi