Robert Prosineçkiyə Belçika klubundan təklif gəlib

Robert Prosineçkiyə Belçika klubundan təklif gəlib Xorvatiyalı mütəxəssislə bağlı qərar bu gün veriləcək
Futbol
3 Yanvar , 2018 09:42
Robert Prosineçkiyə Belçika klubundan təklif gəlib
Report/ Firi Salim

Bakı. 3 yanvar. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Robert Prosineçkiyə yeni təklif gəlib. "Report"un məlumatına görə, xorvatiyalı mütəxəssislə Belçikanın "Standard" (Lyej) klubu maraqlanır. 

Yerli mətbuat yazır ki, "Standard"ın məhz Prosineçkiyə təklif göndərməsi təsadüfi deyil. 49 yaşlı baş məşqçi 2000-2001 mövsümünün ikinci yarısında Lyej komandasında futbolçu kimi çıxış edib. O, 21 oyuna 4 qol vurub. Hazırda bu klub Belçika çempionatında 21 turdan sonra 26 xalla 9-cu pillədə qərarlaşıb. Komanda bu mövsüm cəmi 6 qələbə qazanıb. 

Qeyd edək ki, Robert Prosineçki Bosniya və Herseqovina milli komandasının da baş məşqçi postuna iki əsas namizəddən biridir. Yekun qərar bu gün veriləcək. 

Son xəbərlər

Orphus sistemi