Robert Prosineçkinin Türkiyəyə getməməsinin səbəbi açıqlanıb

Robert Prosineçkinin Türkiyəyə getməməsinin səbəbi açıqlanıb Baş məşqçi Bakıda qalıb
Futbol
16 Yanvar , 2017 14:54
Robert Prosineçkinin Türkiyəyə getməməsinin səbəbi açıqlanıb

Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin Premyer Liqada çıxış edən klubların və 21 yaşadək futbolçulardan ibarət yığmanın qış təlim-məşq toplanışını izləmək üçün Türkiyənin Antalya bölgəsinə səfəri təxirə düşüb. 

Bu barədə "Report"a baş məşqçinin tərcüməçisi Aydın Rüstəmov məlumat verib.

O bildirib ki, xorvatiyalı mütəxəssis şəxsi işləri ilə əlaqədar qardaş ölkəyə gedə bilməyib. Hazırda Bakıda olan 48 yaşlı mütəxəssisin Türkiyəyə gedib-getməyəcəyi bilinmir.

Qeyd edək ki, Robert Prosineçkinin Antalyada U-21 yığmasına baxışa dəvət olunan Hollandiyanın "Feyenoord" klubunun türk əsilli futbolçusu Ozan Kökcünün çıxışını da izləməsi nəzərdə tutulmuşdu. Proqrama əsasən, xorvatiyalı mütəxəssis yanvarın 13-də Türkiyəyə yollanmalı idi.

Son xəbərlər

Orphus sistemi