Robert Prosineçkinin Bakıya gəlişinin ləngimə səbəbi müəyyənləşib

Robert Prosineçkinin Bakıya gəlişinin ləngimə səbəbi müəyyənləşib 48 yaşlı mütəxəssisin ailəsində problem yaranıb
Futbol
21 Avqust , 2017 10:26
Robert Prosineçkinin Bakıya gəlişinin ləngimə səbəbi müəyyənləşib

Bakı. 21 avqust. REPORT.AZ/ Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin Bakıya gəlişinin yubanma səbəbi müəyyənləşib. 

"Report"un məlumatına görə, bu, hazırda vətəni Xorvatiyada olan 48 yaşlı mütəxəssisin ailəsində problemin yaranması ilə əlaqədardır.

Belə ki, R.Prosineçkinin qızı qidadan zəhərlənib. Bu səbəbdən onun avqustun 20-nə nəzərdə tutulan Bakı səfəri növbəti dəfə yubanıb. Baş məşqçinin avqustun 22-də gələcəyi bildirilir.

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 1-də səfərdə Norveçlə, sentyabrın 4-də isə evdə San Marino ilə 2018-ci il dünya çempionatının seçmə oyunlarına çıxacaq. Hələlik bu qarşılaşmalar üçün heyət açıqlanmayıb. 

Son xəbərlər

Orphus sistemi