Robert Prosineçki: "Topa 70 faiz sahib olsaq da, qalib gələ bilmədik"

Robert Prosineçki: "Topa 70 faiz sahib olsaq da, qalib gələ bilmədik" Azərbaycan milli komandasının baş məşqçisi: "Futbolda belə hadisələr çox olur"
Futbol
10 İyun , 2017 22:29
Robert Prosineçki: Topa 70 faiz sahib olsaq da, qalib gələ bilmədik
Report.az

Bakı. 10 iyun. REPORT.AZ/ “Çox danışmaq istəmirəm. Futbolda belə hadisələr çox olur. Bir komanda oynayır, digəri qol vurur. Yəqin ki, bizim daha yaxşı oynamağımızla razısınız”.

“Report”un verdiyi məlumata görə, bunu futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup matçında Şimali İrlandiya yığmasına 0:1 hesabı ilə uduzan Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki oyundan sonral təşkil edilən mətbuat konfransında deyib.

- Bu məğlubiyyətdən sonra futbolçuları oyuna kökləmək çətin olmayacaq ki?

- İndi millinin oyunları tətilə gedirlər. Sonra klublara qoşulacaqlar. Bəziləri avrokubokda çıxış edəcəklər. Sentyabra qədər psixoloji problemin olacağını düşünmürəm.

- Bu gün sanki meydanda “Qarabağ” komandası çıxış edirdi. Bu oyun tərzinə sadiq qalacaqsınız?

- Milliyə gələndə bu sistemlə oynayırıq. Komandamız bu gün səhvsiz oynadı. Dörd real qol şansımız var. Namiq Ələsgərovu cərimə meydançasında yıxdılar, hakim onu görmədi. Topa 70 faiz sahib olsaq da, qalib gələ bilmədik.

- Kamran Ağayev 70-ci dəqiqədən sonra vaxt uzadırdı.

- 70-ci dəqiqədən sonra 2 qol epizodumuz oldu.

- Türkiyə mətbuatı sabah “Bursaspor”la görüşə gedəcəyinizi yazır...

- Bu suala cavab vermək istəmirəm. Mənim getməyimi istəyirsiniz?

- Matçın 63-cü dəqiqəsində rəqib qapısına künc zərbəsi zamanı Rəşad Sadıqovla Bədavi Hüseynov meydanın bizə aid olan hissəsində qalmışdılar. Dünən vəd etdiyiniz sürpriz bu idi?

- Hansı epizodu dediyini dəqiq xatırlamıram. Lakin biz bu gün üstün oynadıq. Rəqib 10 nəfərlə müdafiə olunurdu. Şimali İrlandiya zəif komanda deyil. Onlara qarşı 4 real qol epizodumuz oldu.

- Meneceriniz Yaşar Çalışır “Valensiya”nın təklifini qəbul etmədiyinizi deyir. Səbəb nədir?

- Doğrudan mənim getməyimi istəyirsiz? Bu, şəxsi işimdir. Niyə görə məlumat verməliyəm. Mən bu məsələlərlə bağlı AFFA rəhbərliyi ilə danışmalıyam.

- Riçard Almeydanın timsalında axtardığınız oyunçunu tapdınız?

- Almeyda artıq 6 ildir Azərbaycandadır, futbolçuların çoxunu tanıyır. Ona görə də uyğunlaşmada heç bir problem yoxdur.Onun simasında axtardığım oyunçunu tapmışam. Peşəkar futbolçudur. Topla və topsuz yaxşı oynayır. Onun məşq prosesində çalışanda düşünürəm ki,o, latın Amerikasından yox, Avropadandır. Bəzən onun braziliyalı olduğunu unuduram.

Son xəbərlər

Orphus sistemi