Robert Prosineçki: "Komandamız əzmkar oyun nümayiş etdirdi"

Robert Prosineçki: "Komandamız əzmkar oyun nümayiş etdirdi" Azərbaycan milli komandasının baş məşqçisi: "Müdafiədə oturub, gizlənmədik"
Futbol
26 Mart , 2017 23:26
Robert Prosineçki: Komandamız əzmkar oyun nümayiş etdirdi
Report.az

Bakı. 26 mart. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Bakıda Almaniya yığmasına 1:4 hesablı məğlubiyyətdən sonra fikirlərini bölüşüb. 

“Report”un məlumatına görə, 48 yaşlı xorvatiyalı mütəxəssis oyundan sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Möhtəşəm atmosfer vardı, azarkeşlərə minnətdarlğımı bildirirəm. Komandamız yaxşı, əzmkar oyun nümayiş etdirdi. Müdafiədə oturub, gizlənmədik. 90 dəqiqəni ümumilikdə götürsək, futbolçularla fəxr etmək olar.

- İki fərqli hissə gördük, ilk hissədə daha yaxşı oynadıq. Bunun səbəbi nədir?

- Fərqli hissələri bir yana qoyaq, biz 1:1-dən sonra səhvlərə yol verməsək, başqa cür də ola bilərdi. Komandadan razıyam. 90 dəqiqə ərzində mübarizə aparıblar. Komandamla fəxr edirəm.

- Renat Dadaşovu niyə oynatmadınız?

- Renat Dadaşov perspektivli oyunçudur. Lakin onun 18 yaxşı var. Bu gün meydana çıxmaq onun üçün tez olardı.

- Dünən bildirmişdiniz ki, rəqibi yaxşı analiz etmisiniz. Məğlubiyyətin səbəbi almanların güclü olmasıdır, yoxsa bizim zəif olmağımız?

- Almanlar üstün oynadı. Yalan danışmaq istəmirəm, bizim futbolçular maksimum səy göstərdilər. Almaniya millisinin futbolçuları həftədə 2 dəfə top səviyyədə futbol oynayır. Səbəb budur.

- Klublarına forma geyinməyən futbolçuları oynatmağınızın səbəbi nədir? Bu, oyunçu çatışmazlığı ilə bağlıdır?

- Bu gün Qara Qarayev meydanda ən yaxşı idi. Rahid də yaxşı oynadı. Əfrana gəlincə, o, qeyri-adi futbolçudur. Ani bir vəziyyətdə nəsə edə bilir. Əfran bu gün səhv də edib, lakin o, bizim üçün vacib oyunçudur. İsmayılov meydanda olanda biz fərqli oynayırıq.

- Bugünkü maksimum gücümüz Bakıda Çexiya və Şimali İrlandiyanı məğlub etmək üçün kifayət edəcək?

- Almaniya olmasaydı, bu oyunla hər bir rəqibi məğlub edərdik.

- Adətən sizinlə jurnalistlərin fikirləri üs-üstə düşmür. Almaniya ilə oyun çətin keçdi, yoxsa indiki mətbuat konfransı?

- Fikirlərimizin fərqli olması normaldır. Lakin sizdən soruşuram – bilirsinizbu gün kimə qarşı oynamışıq? Almaniya millisi mənim üçün dünya çempionatının favoritlərindən biridir. Ən çətini komandamı bu oyuna hazırlamaq idi. İstədim ki, bizim necə mübarizə apardıqlarını görsünlər. Fiziki durumları yaxşıdır. Onlar yüskək səviyyədə sürətli futbol oynamağı bacarırlar.

- Azərbaycanlı jurnalistlər futbolu bilmir, yoxsa Robert Prosineçkinin futbol fəlsəfəsi qeyri-adidir?

- Hər kəsin öz fikri var. Mən tənqidlərə açığam. Lakin müsbət yazılarınızı da görmək istərdim. Təəssüf ki, ancaq tənqid oxuyuram. Arada tərif də lazımdır. Sizin də komandaya inamınız vacibdir. Aqressiv deyiləm, danışığım bu cürdür.

- Qarşıdakı oyunlar üçün azarkeşlərə neçə xal söz verə bilərsiniz?

- Xal sayı baxımından söz verə bilmərəm. İyun ayında Şimali İrlandiyanı məğlu etsək, gələcəyə nikbin baxa bilərik. Bu rəqibi məğlu etməliyik ki, necə deyərlər, bu yuxu dava etsin.

- Almaniyaya vurduğunuz qola görə AFFA-dan mükafat gözləyirsiniz?

- Sualınıza təəccübləndim. Biz uduzmuşuq. Bəli, yaxşı oynadıq, amma uduzduq. Mənim üçün əsas olan Şimali İrlandiya ilə görüşə hazırlaşmaqdır. İki yoldaşlıq oyunu keçirəcəyik. Bu vacib matça köklənməliyik.

- Kamran Ağayev barədə nə deyə bilərsiniz?

- Kamran “Boavişta”da meydana çıxmır. Bu barədə oyundan əvvəl konfransda da danışdım. Praktikası yoxdur. Lakin fikrimcə, buraxılan qollarda onun səhvi yoxdur.

Son xəbərlər

Orphus sistemi