Bakı. 11 yanvar. REPORT.AZ/ Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki və köməkçiləri Qordan Tsipriç və Draqan Spaşiç klubların Türkiyənin Antalya şəhərindəki qış təlim-məşq toplanışlarını izləyəcək. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, artıq Tsipriç və Spaşiç qonşu ölkəyə yollanıb.
Xorvatiyalı mütəxəssis isə yanvarın 15-də Türkiyəyə səfər edəcək.