Robert Prosineçki: "İki komandada eyni anda çalışmaq sağlam fikir deyil"

Robert Prosineçki: "İki komandada eyni anda çalışmaq sağlam fikir deyil" Baş məşqçi yaxın gələcəkdə Azərbaycanda olacağını bildirib
Futbol
24 Yanvar , 2017 10:56
Robert Prosineçki: İki komandada eyni anda çalışmaq sağlam fikir deyil
Report/Firi Salim

Bakı. 24 yanvar. REPORT.AZ/ "Bursaspor"la danışıqlar apardıq. Amma Azərbaycan millisi ilə davam edən müqaviləm var. Hələ komandamı dəyişməyəcəyəm". 

"Report"un məlumatına görə, bunu goal.com-a açıqlamasında futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Türkiyənin "Bursaspor" klubuna keçəcəyi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirərkən deyib.

Türkiyəyə getməyəcəyini bildirən xorvatiyalı mütəxəssis iki komandada çalışmağa da müsbət yanaşmır: "Həm Azərbaycan millisində, həm də "Bursaspor"da eyni anda çalışmağın sağlam fikir olduğunu düşünmürəm. Yaxın gələcəkdə Azərbaycanda olacağam".

Qeyd edək ki, baş məşqçi Hamza Hamzaoğlu ilə yollarını ayıran "Bursaspor" klubunun prezidenti Ali Ay Robert Prosineçkini komandada görmək istədiklərini söyləyib. Bu səbəbdən, klubun iki nümayəndəsi dünəndən Bakıya gələrək xorvatiyalı mütəxəssislə danışıqlar aparıb.

Son xəbərlər

Orphus sistemi