Bakı. 13 iyul. REPORT.AZ/ 1998-ci il dünya çempionatında bürünc medal qazanmış Xorvatiya yığmasının bütün futbolçuları DÇ-2018-in final matçına dəvət olunublar. "Report"un məlumatına görə, Xorvatiya Futbol İttifaqından (HNS) dəvət alanlar arasında Azərbaycan millisinin sabiq futbolçusu Robert Prosineçki də var.
Rusiyadakı mundialın finalında Fransa və Xorvatiya milliləri üz-üzə gələcəklər. Oyun iyulun 15-də Moskvadakı "Lujniki" stadionunda keçiriləcək. Bu komandalar arasında 20 il əvvəl keçirilmiş yarımfinal qarşılaşmasında Fransa 2:1 hesabı ilə qalib gəlib və sonradan çempion olub. Xorvatiya isə 3-cü yer uğrunda görüşdə Hollandiyanı eyni hesabla yenərək, bürünc medal əldə edib. Bu görüşdə qalib komandanın ilk qolunu Prosineçki, ikincisini isə hazırda HNS-ə rəhbərlik edən Davor Şuker vurub.
Qeyd edək ki, artıq Bosniya və Herseqovina yığmasının sükanı arxasında olan Robert Prosineçki Azərbaycan millisinə 2014-cü ilin dekabrından 2017-ci ilin dekabrınadək rəhbərlik edib.