Bakı. 12 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Topaz Premyer Liqasında XVI turun 2 oyununu izləyəcək. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, xorvatiyalı mütəxəssis dekabrın 14-də əvvəlcə "Bakı"nın təlim-məşq bazasına yollanacaq.
O, saat 14:00-da başlanacaq "Bakı" - "Xəzər Lənkəran" matçında iş başında olacaq. Saat 17:00-da isə R.Prosineçki “Bakcell Arena”da baş tutacaq “Neftçi” – “Sumqayıt” oyununu izləyəcək.