Robert Prosineçki Bosniya və Herseqovina yığmasının sükanı arxasına keçməyə əsas namizəd olub

Robert Prosineçki Bosniya və Herseqovina yığmasının sükanı arxasına keçməyə əsas namizəd olub Bosniya və Herseqovina Futbol İttifaqının rəhbərliyi Fatih Terimlə danışıqlardan müsbət nəticə əldə edə bilməyib
Futbol
15 Dekabr , 2017 09:54
Robert Prosineçki Bosniya və Herseqovina yığmasının sükanı arxasına keçməyə əsas namizəd olub
Report/ Firi Salim

Bakı. 15 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Robert Prosineçki Bosniya və Herseqovina yığmasının sükanı arxasında keçməyə ən real namizəddir.

“Report” xəbər verir ki, bu barədə “N1” portalının müxbiri Haris Mrkonya öz “Twitter” səhifəsində yazıb.

O, Bosniya və Herseqovina Futbol İttifaqındakı yüksək vəzifəli məmurun bu variantı təsdiqlədiyini bildirib. Prosineçkiyə hücum futbolu oynatması səbəbindən üstünlük verildiyi vurğulanıb. Digər tərəfdən, yerli futbol qurumu türkiyəli Fatih Terimlə danışıqlardan müsbət nəticə əldə edə bilmədiyi üçün bütün diqqətləri 48 yaşlı xorvatiyalı mütəxəssisə yönəldib.

Qeyd edək ki, Bosniya və Herseqovina millisinin sabiq baş məşqçisi Mehmed Bajdareviç, komandaya DÇ-2018-ə vəsiqə qazandıra bilmədiyi üçün istefaya göndərilib. Robert Prosineçkinin isə bu ay Azərbaycan millisi ilə başa çatan 3 illik müqaviləsinin müddəti uzadılmayıb.

Son xəbərlər

Orphus sistemi